Cennifer uşaqları üçün keçmiş əri ilə görüşdü - FOTO

Cennifer uşaqları üçün keçmiş əri ilə görüşdü - FOTO
 

Dünya şöhrətli müğənni Cennifer Lopez nişanlısı Aleks Rodriqeslə birlikdə keçmiş əri müğənni Mark Entoni və onun sevgilisi Rafaella Modunya ilə görüşüb.

 Sfera.az-ın axşam.az-a istinadən bildirir ki, onların bir araya gəlməsinə səbəb övladları Maks və Emmanın idman məktəbindəki tədbirinə qatılmaq olub.

Boşandıqdan sonra dost münasibətlərini qoruyub saxlayan CeyLo və Mark sevgililəri ilə birlikdə söhbət edib və maraqlı vaxt keçiriblər.

Qeyd edək ki, 2004-cü ildə evlənən cütlük 2011-ci ildə ayrı yaşadıqlarını bildiriblər. 2014-cü ildə isə rəsmən boşanıblar.


OXŞAR XƏBƏRLƏR