Jurnalistlər üçün tikilən binanın təhvil veriləcəyi vaxt bilindi

Jurnalistlər üçün tikilən binanın təhvil veriləcəyi vaxt bilindi

zərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Bakının Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında media nümayəndələri üçün inşa edilən ikinci binanın nə vaxt təhvil veriləcəyini açıqlayıb. 

"Qafqazinfo" xəbər verir ki, V.Səfərli Publika.az-a açıqlamasında deyib ki, sözügedən bina 2016-cı ilin sonunda KİV nümayəndələrinə verilə bilər: “Bu il qeyd ediləcək mətbuatın 140 illik yubileyi ərəfəsində jurnalistlərə mənzillər paylanmayacaq. Çünki hazırda bina hələ tam hazır deyil. Binanın gələn ilin sonunda təhvil verilməsi planlaşdırılır. Yəqin ki, gələn il binanın tam hazır olmasına 1-2 ay qalmış mənzillərlə bağlı müvafiq sənədlərin yığılması elan ediləcək. İnşallah gələn ilin sonuna bu mümkün olacaq”.

 V.Səfərli həmçinin qeyd edib ki, Milli Mətbuatımızın 140 illiyi ilə bağlı tədbirlər planı artıq Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən təsdiq olunub: “Ayın 1-dən etibarən tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər Planına uyğun olaraq iyunun 29-da Bakı Dövlət Universitetində “Azərbaycanın Milli Mətbuatı 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-konfrans keçiriləcək.

Bundan əlavə, iyulun 1-10-u tarixləri arasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans təşkil olunacaq. İyulun 1-dən 22-dək isə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən Milli Mətbuatımızın 140 illiyik yubileyinə həsr olunan silsilə materiallar hazırlanacaq.

Tədbirlər Planına əsasən, iyulun 1-də Zərdab və ətraf rayonlarda, iyulun 4-də Gəncə və ətraf rayonlarda, iyulun 8-də Qəbələ və ətraf rayonlarda, iyulun 13-də Masallı və ətraf rayonlarda, iyulun 16-da Quba və ətraf rayonlarda, iyulun 20-də Naxçıvan Muxtar Respublikasında, həmçinin, iyulun 1-dən 20-dək Bakı şəhərində 22 iyul – Azərbaycanda Milli mətbuat gününün 140 illik yubileyi ilə bağlı silsilə tədbirlər təşkil olunacaq”.


OXŞAR XƏBƏRLƏR

Diplomatik xidmətə qəbul olan şəxslər and içəcək

Diplomatik xidmət əməkdaşları and içəcək.   Sfera.az xəbər verir ki, bu, “Diplomatik xidmət haqqında” yeni qanun layihəsində əksini tapıb...

Əməkdar artist kliniki ölüm keçirtdiyini AÇIQLADI

Əməkdar artist Firuzə İbadova kliniki ölüm keçirtdiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, bu haqda sənətçi “Pərvizə görə” verilişində...

Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək

Bu il dekabrın 22-23-də Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək.   Sfera.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məluma...

Türkiyədə hərbi helikopter QƏZASI: Biri general olmaqla, altı nəfər öldü - YENİLƏNDİ

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Mü...

“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verildi

Notariat xidmətlərinin bütün növ platforma istifadəçiləri üçün daha əlçatan olması məqsədilə artıq “Mobil Notariat” tətbiqinin veb-sayt versiyası - ...

Laçında ayıların görüntüsü maraqla qarşılandı - VİDEO

Laçında ayı və üç balasının görüntüsü maraqla qarşılanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.   Söz...