İran həyəcan təbili çalır: Ermənistan Araz çayı üçün təhlükə mənbəyidir

İran həyəcan təbili çalır: Ermənistan Araz çayı üçün təhlükə mənbəyidir

Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) və alüminium zavodunun tullantılarının Araz çayına axıdılması bu çay və çay ətrafında yaşayan insanların həyatı üçün təhlükə yaradır. Bunu Sfera.az-a açıqlamasında İran parlamentinin Ətraf mühitin qorunması fraksiyasının sözçüsü Kəmaləddin Pirmüəzzin deyib.

K.Pirmüəzzin bildirib ki, Ermənistan tərəfindən Araz çayına tullantıların axıdılması Ərdəbil əyalətinin Muğan bölgəsində hər il minlərlə insanın xərçəng xəstəliyinə tutulmasına, həyatlarını itirməsinə və digər problemlərə səbəb olur.

Parlament nümayəndəsi İran hökumətindən tez bir zamanda Ermənistanla bu məsələnin həlli üçün danışıqlara başlamağı istəyib: “Qonşu ölkənin hərəkəti xalqımızın narahatlığına səbəb olub və bu qəbulolunmazdır. İran və Ermənistan Araz çayının xilası və ətraf mühitin qorunması üçün əlverişli yol tapmalıdırlar”.

K.Pirmüəzzin bu problemin həm də Azərbaycan ərazisində əhali və ətraf mühit üçün problem yaratdığını vurğulayıb və problemin həlli məqsədilə Araz çayının keçdiyi ölkələrin - Azərbaycan, Ermənistan və İranın iştirakı ilə müştərək konsorsiumun yaradılmasını və həmin konsorsium çərçivəsində problemin həlll edilməsini təklif edib.

Qeyd edək ki, Azərbaycan uzun illərdir nüvə tullantılarının yaratdığı təhlükə ilə üz-üzədir. Ermənistanın nüvə tullantılarını işğal etdiyi Azərbaycan torpaqlarında basdırması, “Metsamor” AES-in radiasiya tullantılarını Araz çayı vasitəsilə Xəzər dənizinə axıtması inkaredilməz faktlarla təsdiqini tapıb.

Xatırladaq ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank dolların bu günə olan məzənnəsini AÇIQLADI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...