Cahangir Əsgərov biletlərin qiymətindən danışdı - Tapşırıq

Cahangir Əsgərov biletlərin qiymətindən danışdı -  Tapşırıq
Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin “Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlar “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin ötən gün keçirilmiş kollegiya iclasında ciddi şəkildə müzakirə olunub.


Qurumdan azxeber.com-a daxil olan məlumata görə, Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının təyin edilməsini, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb. Azərbaycana xarici turist axınının cəlb edilməsinin vacibliyini vurğulayan sədr bu istiqamətdə artıq işlərin başladığını və ən qısa zamanda “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib.

Bununla yanaşı, Cahangir Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışı çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb. Eyni zamanda diqqətə çatdırılıb ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir.

“Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov məlumat verib ki, hazırda AZAL-ın və İqtisadi İnkişaf və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaranmış birgə işçi qrupu da aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayacaq. İdarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilsin. Qəbul edilmiş qərarlar barədə cəmiyyətə geniş məlumat veriləcək.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ceyms Bond filminin ulduzu vəfat etdi - FOTO

Üç Bond filmində - "Yaşayan Gün işığı", "Qızılgöz" və "Sabah Heç vaxt Ölməz" filmlərində rol alan amerikalı aktyor Co Don Baker 90...

Bir ili tamam olmamış vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) İcraçı direktoru vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki...

Zelenskinin təyyarəsi Ankaradan Tiranaya yola düşdü

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Ankaradakı Esenboğa Beynəlxalq Aeroportundan havaya qalxaraq Albaniyanın paytaxtı Tiranaya yola düşüb. &nb...

Siam əkizləri möcüzəvi şəkildə ayrıldı: Əməliyyatda 16 həkim iştirak edib

Braziliyanın Qoias əyalətində cərrahlar döş qəfəsi, qarın və çanaq nahiyəsindən bir-birinə bağlı olan bir yaşlı siam əkizləri Kiraz və Arunanı ayırmaq üçün mürə...

“Gözünü çıxarıb, üzərindən maşınla keçiblər…” - İDDİA

Gəncədə  döyüldükdən sonra həyatını xəstəxanada itirən 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətli ilə bağlı tükürpədici iddialar səslənib.  ...

Nahid Bağırov Kələzeyvə kəndinin sakinləri ilə görüşüb -FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayon sakinlərinin növbəti səyyar qəbulunu keçirib.  Sfera.az xəbər verir ki, ...