“Bacısı ilə evlənib, bu dəhşətə səbəb oldu” - İki üzlü insan! FOTOLAR

“Bacısı ilə evlənib, bu dəhşətə səbəb oldu” - İki üzlü insan!  FOTOLAR
Edvard Mordrake 19-cu əsrdə yaşamış krallıq ailəsindən olan bir şəxsdir. O nadir rastlaşılan genetik pozğunluq səbəbindən iki üzə sahib olub. Edvardın ikinci sifəti yemək və danışmaq gücünə malik olmayıb. Amma bir çox hallarda qəmli, ya şad ola bilib. Ən qəribəsi isə budur ki, Edvardın başının arxasında bu ikinci sifət Edvardın əsil sifətindən təsirlənməyib. Belə ki, Edvardın güldüyü bəzi zamanlarda onun ikinci sifəti qəmli olub. Bir çox həkimlər Edvardı müayinə etsə də, kimsə onu ikinci sifətindən qurtarmağa cürət etməyib. Edvard özü ikinci sifətini “şeytani sifət” adlandırırdı və həkimlərə onu bu şeytani sifətdən qurtarmaq üçün yalvarırdı.
Edvardın hansısa xəstəliyi olmayıb, zehni cəhətdən də normal insan kimi olub. Edvard iddia edib ki, gecə yatanda ikinci sifəti onun qulağına pıçıldayaraq, ondan bəzi dəhşətli işlər görməsini istəyir.
Xatırladaq ki, Edvard 23 yaşında intihar edərək, həyatına son qoyub. İnsanlar Edvardı gördüyü zaman qəribə reaksiyalar verdiyindən, Edvard çox az cəmiyyət arasında görünüb.
2006-cı ildə Edvardın nəvələrindən alınmış DNT testindən sonra həkimlər bildirib ki, çox güman ki, keçmişdə İngiltərədə hakimlərin gücün digər şəxslərin əlinə keçməməsi üçün öz bacıları ilə evlənməsi bu qəribə hadisəyə səbəb olub. Belə ki, öz bacıları ilə evlənmiş şəxslərin övladlarında genetik pozğunluğun yaranma ehtimalı olduqca yüksəkdir.
Qeyd edək ki, hazırda da dünyada bir neçə şəxsin başında iki üzü var. Amma Edvardın tam başının arxasında, özü də qəmli və şad olmaq istedadına sahib ikinci sifətə malik olması onu hamıdan fərqləndirib.

OXŞAR XƏBƏRLƏR

Beyinə təsir edən yeni virus yayılıb - Bu üsulla keçir...

Alimlər gənə vasitəsilə ötürülən və sinir sisteminə, o cümlədən beyinə ziyan vuran yeni virus aşkar ediblər. Sfera.az xəbər verir ki, aşkara çıxarılan yeni...

Ancelina Coli premyeraya oğlu ilə qatıldı - FOTO

Hollivud ulduzu Ancelina Coli ötən axşam Toronto Beynəlxalq Film Festivalında “Qansız” filminin qala gecəsində görünüb.   Sfera.az bildirir...

Selena Qomez səhhətindəki problemlərdən danışdı:“Uşaq dünyaya gətirə bilmərəm”:

Amerikalı müğənni, aktrisa və iş qadını Selena Qomez “Vanity Fair” moda jurnalının üz qabığına çəkilərkən müsahibə verib. O, müsahibəsində səhhətind...

Fərqində olmadığımız təhlükə: “Gecə bayquşları” təhlükəli xəstəliyə daha həssasdırlar

Bu yaxınlarda aparılan araşdırma zamanı özlərini "gecə bayquşu" adlandıran (gec yatıb gec oyanamağa üstünlük verən insanların), erkən qalxanlar ilə mü...

Polis tərəfindən güllələnmək üçün insanları girov götürdü

Almaniyada məhkəmədə qəribə iş üzrə proses gedir. Belə ki, məhkəmə bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib onu güllələsin deyə qəsdən 6 nəfəri g...

Rihanna Nyu York Moda Həftəsində belə görüdü - FOTO

Barbados əsilli müğənni Rihanna həftəsonu Nyu-York Moda Həftəsində iştirak edərkən dəbli görünüş nümayiş etdirib. Sfera.az bildirir ki, Rihanna bu yaxınlar...