“Qəbələ”nin oyununda qalmaqal - Oyun saxlanıldı + Video
05:21 / 02.08.2015
2085
Xəbər verdiyimiz kimi, "Qəbələ" klubu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa çıxıb.
Sfera.az musavat.com-a istinadən məlumatına görə, Roman Qriqorçukun komandası Kiprdə "Apollon"un qonağı olub.
Matçda hesabı "Apollon" açsa da, "Qəbələ" 90+3-cü dəqiqədə Cavid Hüseynovun qolu ilə hesabı bərabərlaşdırıb - 1:1. Ukraynalı referi oyunun başa çatdığını elan etsə də, görüş bir neçə dəqiqə sonra yenidən bərpa olunub. Görüşə əlavə edilmiş daha 3 dəqiqə oynanıldıqdan sonra hakim oyunun başa çatdığını elan edib - 1:1.
İlkin məlumata görə, oyundakı fasiləyə stadionda, daha sonra isə soyunub-geyinmə otağında baş verən qarışıqlıq səbəb olub.