"Mən o qadının atası deyiləm" - Tanınmış aktyor

"Mən o qadının atası deyiləm" -  Tanınmış aktyor

"Kristal" qrupunun rəhbəri Mədinə Məlikin tanınmış aktyor Şamil Süleymanlının qızı olması ilə bağlı söylədiklərinə qarşı tərəfdən cavab gəlib. 

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, Ş.Süleymanlı prodüserin onun qızı olmadığını bildirib: 

"Bir dəfə də olsun Mədinəni adı ilə çağırmamışam. Həmişə ona "qızım" deyirəm, onunla fəxr edirəm. O isə məni "atam" deyə çağırır. Mədinəni üzdən mənə oxşadanlar var. O, məni sadəcə olaraq sosial şəbəkədə təbrik edib, xəstəxanada olanda tez-tez mənə zəng edirdi. Mədinə kimi qızı olmaq pisdir? Mən Mədinənin bioloji atası deyiləm". 

Xatırladaq ki, prodüser sosial şəbəkədə Milli Kino Günü münasibəti ilə aktyoru "ata" adlandıraraq təbrik edib: "Atam, canım, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin".

 Daha sonra Mədinə açıqlamasında həqiqətən də Şamil Süleymanlının qızı olduğunu qeyd edib: 

"Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir"


OXŞAR XƏBƏRLƏR

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Erməni deputatın Rusiyaya girişinə qadağa qoyuldu

Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın Rusiyaya girişinə qadağa qoyulub.  ...