"Akkord" şirkəti Gənlər Şəhərciyinə illərdir əzab verir

"Akkord" şirkəti Gənlər Şəhərciyinə illərdir əzab verir
7News.az informasiya portalına "Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin inşa etdiyi Abşeron Gənclər Şəhərci haqqında kifayət qədər neqativ informasiyalar daxil olur. Bundan öncə sakinlər binaların keyfiyyətsiz tikilməsi və qiymətlərin həddən artıq bahalığı ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Sakinlər bildirirlər ki, şəhərcikdə 4 ilə yaxındır ki, məskunlaşmalarına baxmayaraq şəhərcik nə tam təhvil verilib, nə də ki, qazlaşdırılıb. Qış aylarında külli miqdarda elektirk enerjisinə pul ödədiklərini bildirən sakinlər, qazın olmaması ilə bağlı həddən artıq əziyyət çəkdiklərini söyləyirlər.
 
Bugünlərdə redaksiyamıza daxil olan mlumata görə problemlər nəinki həll olunub, hətta daha da artıb. Belə ki, 5 ildir ki, şirkət tərəfindən qazın verilməsi ilə bağlı vədlərin boşa çıxması sakinlərin səbr kasasını doldurub.
 
Qazın olmamasına görə insanlar elektrik enerjisinə xeyli vəsait ödəmək məcburiyyətindədirlər. Bundan başqa qış aylarında elektrik enerjisi ümumiyyətlə evin tam isinməsi üçün kifayət etmir. Bəzi hallarda sakinlər kənd yerlərində olduğu kimi odun peçlərindən istifadə etmək məcburiyyətində qalırlar.
 
Digər ciddi problem isə su ilə bağlıdır. 40 dərəcədən artıq istilən keçdiyi bir vaxtda bu şəhərcikdə su tezdən saat 7-dən 8-dək və axşam saat 7-dən 8-dək verilir. Gün ərzində cəmi 2 saat su görən sakinlər günün digər saatlarında su “axtarışına” çıxırlar.
 
Bundan başqa evlərin keyfiyyətsiz tikilməsi və mənzillərin kupçalarının verilməməsi ciddi narahatlıq doğurur.
 
Yuxarıda sadaladığımız və sadalamadığımız bir çox problemlərə görə əhali aksiya etmək niyyətindədir. Mövzunu diqqətdə saxlayacağıq.
 
7News.az informasiya portalına"Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin inşa etdiyi Abşeron Gənclər Şəhərci haqqında video və foto faktları yaxın günlərdə oxucularımıza təqdim edəəcyik.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...