Rəsmən bəyan etdilər: "Müharibəyə başlayırıq"
Ankara və Vaşinqton arasında "İncirlik" hərbi bazası haqqında əldə olunan razılıqdan sonra Türkiyə İŞİD və PKK terror qruplaşmalarını bölgədən tamamilə çıxarmağı hədəfləyib.
Xüsusilə İŞİD-ə qarşı mübarizə aparmaq üçün ABŞ ilə razılığa gələn Türkiyə eyni zamanda həm ölkədə, həm də xaricdə fəaliyyət göstərən PKK və KCK terrorçularının mövqelərini bombardman edir.Bölgədəki son hadisələri yaxından izləyən Türkiyə Silahlı Qüvvələri kulislərindən PKK və KCK-ya qarşı keçiriləcək əməliyyatlarla bağlı mühüm məlumatlar əldə edilib.
Türkiyə mətbuatı hərbi mənbələrə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İŞİD və PKK terrorçularını bölgədən tamamilə yox etməyi hədəfə alıb. Ölkə daxilində aparılan əməliyyatlardan sonra Türkiyə ordusu başda Kandil, Hakurk və Avaşin düşərgələri olmaqla Suriyaya qaçan 1500-ə yaxın PKK terrorçularına qarşı gələn həftə böyük əməliyyatlara başlayacaq.Əməliyyatlara ABŞ qırıcıları, pilotsuz aparatları dəstək verəcək. Bu həftə ABŞ ordusunun 200-dən çox hərbçisi və döyüş təyyarələri Türkiyədəki "İncirlik" hərbi bazasına gələcək. 30 ədəd F-16 və F-15 qırıcısı, 5 nəqliyyat təyyarəsi "İncirlik" bazasına yerləşdiriləcək.Bütün bunlar Türkiyəyə gəldikdən sonra İŞİD-ə qarşı böyük hərbi əməliyyatlara start veriləcək.
Başda Böyük Britaniya və Fransa olmaqla koalisiya ölkələri də Türkiyəyə dəstək verəcək.Dünən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da bəyan edib ki, çox yaxın zamanda İŞİD-ə qarşı genişmiqyaslı müharibə başladılacaq.
Anspress