Ərdoğan Bakıdakı hərbi attaşesinə vəzifə verdi
Cəmiyyət
07:42 / 08.08.2015
2176
Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdelerə general-mayor rütbəsi verilib.
Səfirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Ərdoğanın sədrliyi ilə toplanan Ali Hərbi Şurada alınan qərara əsasən, iki ildir ki, Bakıda attaşe olaraq çalışan Taşdeler, eyni zamanda Hərbi Akademiya Komandirliyinə Qərargah rəisi təyin edilib.
Qeyd edilir ki, Taşdeleri Bakıdakı postunda briqada generalı İhsan Başbozkurt əvəzləyəcək. Əslən Qarsdan olan yeni attaşenin Azərbaycan dilinə də bələd olduğu bildirilir.
Sfera.az