Gürcüstanda ağır qəza: azərbaycanlılar xəsarət alıb

Gürcüstanda ağır qəza: azərbaycanlılar xəsarət alıb
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb.

Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları və ya yerli azərbaycanlıların olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan əməliyyata götürülüb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaqa başlayıb. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR