Türkiyədə seçki günündə qadağalar: Toy olmayacaq

Türkiyədə seçki günündə qadağalar: Toy olmayacaq

Yüksək Seçki Şurasının (YSK) martın 31-də keçiriləcək seçki günündə tətbiq olunacaq qadağalar rəsmi şəkildə yayımlanıb.

 

Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, martın 31-i günü səhər saat 06-dan gecə saat 24:00-a qədər spirtli içkilərin satılması, içkili yerlərdə və məhəllələrdə hər növ spirtli içkinin verilməsi və içilməsi qadağan olunacaq.

 

Səsvermə zamanı çayxanalar, internet kafelər kimi bütün eyləncə mərkəzləri bağlı olacaq, əyləncə üçün nəzərdə tutulan restoranlarda yalnız yemək veriləcək.

 

Hətta səsvermə günü toylar seçim qaydalarına və müəyyən olunan qaydalara riayət etməklə saat 18:00-dan sonra keçiriləcək.

 

Səsvermə günü radio və bütün media orqanlarında saat 18:00-a qədər seçki və seçkinin nəticələri ilə bağlı xəbər, təxmini informasiya və şərh verilməyəcək.

 

Radio və bütün media orqanlarında 18:00-21:00 arasında ancaq YSK tərəfindən seçki ilə bağlı açıqlanan xəbərlər yayımlanacaq.

 

Bütün media qurumları saat 21:00-dan sonra sərbəst olacaq, ancaq YSK-nın vacib bildiyi media orqanları xəbər yayımlamaq üçün sərbəst buraxılacaq.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xanım deputat yenidən namizəd oldu

Milli Məclisin VI çağırış deputatı Könül Nurullayeva 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.    Sfera.az-ın məlumatına...

Sumqayıtda iti öldürən şəxs cərimələndi

Sumqayıt  şəhərində sahibsiz itin ölldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşla...

İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb...

Kürdə batdığı ehtimal olunan Səidin axtarışları davam edir- VİDEO

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun a...

Rusiyada general vəzifəsindən uzaqlaşdırıldı

Rusiyada general Vadim Şamarin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən kənarlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barə...

Ərdoğan Trampla telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb. Sfera.az xəbər verir ki, danışıq zamanı&...