Azərbaycanın neftdən sonra nə edəcək?

Azərbaycanın neftdən sonra nə edəcək?

Prezident İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşündə Azərbaycanın 

hazırda postneft dövrünü yaşadığını deyib.

Sfera.az anspress-ə istinadən bildirir ki, prezident bildirib ki, bizim hesablamalarımıza 

görə, postneft dövrü 2040-cı ildən sonra başlamalı idi. İlham Əliyev həmin dövrün 

nəzərdə tutulan vaxtdan daha tez başlamasını neftin qiymətinin kəskin ucuzlaşması 

ilə əlaqələndirib.

Prezident qeyd edib ki, yəqin, hamı, həmçinin balaca uşaqlar, tələbələr də tez-tez 

eşidirlər ki, oxumaq, təhsil almaq lazımdır: "Bu olmasa, ölkələr inkişaf edə bilməyəcək. 

Neftlə, qazla zəngin olan ölkələr bundan sonra da texnologiyalar alacaqlar. Xarici şirkətlər

 gəlib onlar üçün infrastruktur yaradacaqlar və s. Amma nə vaxtsa bu neft, qaz qurtaracaq. 

Ondan sonra nə olacaq?! Biz gələcəyə bax, bu prizmadan yanaşmalıyıq. Uzunmüddətli 

strategiyamızı müəyyən edirik, edəcəyik. Neftdən asılılıq tamamilə aradan götürülməlidir",-

 deyə prezident bildirib.

Neftin dünya bazarında qiymətinin enməsi Rusiya , Qazaxıstan, Türkmənistan və 

digər iqtisadiyyatının çox hissəsi "qara qızıl" dan aslı olan dövlətləri uzunmüddətli 

iqtisadi hədəflərini dəyişməyə sövq edir. Azərbaycan da belə dövlətlərdən biridir.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili

 Vahid Əhmədov postneft dövründə Azərbaycanın yeni hədəflərini şərh edərək bildirib 

ki, neftsiz Azərbaycana hazırlıq üçün ilk növbədə qeyri-neft sektoru, yəni kənd təsərrüfatı, 

sənaye, turizm və insan kapitalını inkişaf etdirmək lazımdır.

"İnsan kapitalının inkişaf edirilməsi üçün təhsildə güzəştlər tətbiq edilməlidir. Həmçinin 

Azərbaycanın işlək əhalisinin təxminən 40%-i kənd təsarrüfatı ilə məşğuldur. İstehsalı

 mümkün olan kənd təsərrüfatı məhsullarının becərilməsi üçün imkanlar yaradılmalıdır",- 

deyə millət vəkili bildirdi.

V.Əhmədov bildirdi ki, Azərbaycan əvvəllər neft-mədən avadanlıqlarının, elektrotexnika 

və digər sənaye məsullarının ixracatçısı olub. "Həmin potensialı yenidən bərpa etmək 

olar. Bunun üçün sənaye zonalarının və xüsusi iqtisadi zonaların yaradılması əsas 

hədəflərdən olmalıdır" deyən millət vəkili əlavə edib ki, bütün bu məsələlərlə hökumət

 məşğul olmalıdır.

Onun sözlərinə görə, hər bir rayonda ayrıca monitorinqlər aparılmalı və onların əsas 

inkişaf və ixtisaslaşma istiqamətləri seçilməlidir. "Hər bir rayonun icra başçısı, deputatı

 və digər rəhbər şəxsləri bilməlidir ki, məsələn, 2016 -cı ildə hansı müəssisələr, iş yerləri 

açılmalıdır. Nəzərdə tutulan layihələr isə vaxtında həyata keçirilməlidir",- deyə Vahid 

Əhmədov vurğulayıb.

Millət vəkili qeyd edib ki, yaxşı hökumət və maliyyə vəsaiti olsa, həmçinin çevik iş 

aparılarsa, 2 il müddətinə hər şeyi etmək mümkündür. "Xarici təşkilatlardan kreditlər 

almağa ehtiyacımız yoxdur. 40 milyard dollar valyuta ehtiyatımız var. Elə öz vəsaitimiz

 hesabına sadalanan işlər həyata keçirilə bilər. Amma müəssisələrin tikintisində, iş 

yerlərinin açılmasında və digər görüləcək işlərdə mütləq konkretlik olmalıdır. Əlbəttə, 

addımlar atılmasa, bizi ciddi problemlər gözləyir," - deyə millət vəkili qeyd edib.

Azərbaycanın böyük kənd təsərrüfatı məhsullarının istehsalı imkanlarına baxmayaraq,

 Mərkəzi Aran bölgəsində 400 min hektara yaxın keçmiş pambıq sahəsi son 10-15 ildə 

əkilmədiyindən şoranlaşıb. "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin

 ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası üçün indiyə kimi 

bütövlükdə 914 milyon manat, yəni orta hesabla ildə 115 milyon manat vəsait ayrılıb. 

Amma ÜDM-də kənd təsərrüfatının payı yetəri qədər deyil.

Prezident İlham Əliyev də kənd təsərrüfatında və sənayedə daxili istehsalın artılmasının 

əhəmiyyətini dəfələrlə vurğulayıb. O, 26 yanvarda təşkil edilən konfransda çıxışı zamanı 

da hökümət qarşısında daha ciddi tapşırıqlar qoyub: "İnvestisiyaların təşviqi ilə bağlı

 imzaladığınız sənədlərə əsasən vergi, gömrük və digər güzəştlərin bu layihələrə də 

şamil edilməsi onların uğurlu icrasına stimul yaradacaq, nəticədə istehsal və emal 

sənayesinin xammal təminatı möhkəmlənəcək və xarici amillərdən asılılıq əhəmiyyətli 

dərəcədə azalacaq, 15 mindən çox yeni iş yeri yaradılacaq".

Təcrübə göstərir ki, böhranlardan sonra ölkələrin iqtsadiyyatları daha dayanıqlı 

vəziyyətə gəlir. Çünki əksər dövlətlər gəlirləri azaldığı zaman yeni maliyyə mənbələri 

axtarmağa məcbur olurlar. İqtisadi böhranın yaratdığı yeni imkanlardan istifadə etməklə

 gələcək strategiyalarını müəyyən edirlər. Məsələn, Rusiya 2008-ci il böhranında qeyri-neft

 sektorunun inkişafına böyük diqqət ayırıb. Böyük silah və kimyəvi zavodların tikintisi, 

həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün konkret addımlar atılıb. Həmçinin 

İrana Avropa dövlətlərinin tətbiq etdiyi sanksiyalar onun digər sektorlara, xüsusilə də daxili 

istehsala diqqət ayırması ilə nəticələndi.

Yəqin ki, hazırki böhran Azərbaycana da iqtisadiyyatını daha möhkəm təməllər üzərində 

qurmağa imkan yaradacaq. İllər boyu "qara qızıl" dan qazandığımız milyonları qeyri-neft

 sektoruna yatırmaqla postneft dövrünü iqtisadi və sosial problemlər olmadan yaşamamaq 

şansımız var. Bir ay 50 dollar, digər ay 30 dollar olan neftə güvənmək olmaz.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...