\"8-ci km bazarı\"nda gərgin anlar: 500 nəfərin köşkü söküldü (FOTOLAR)

\
 Bu gün səhər saatlarından başlayaraq, 8-ci kilometr bazarının ətrafında olan taxtadan tikilmiş, kiçik ticarət obyektləri sökülməyə başlanıb. Bu işdə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları iştirak ediblər.

Söküntü zamanı xeyli adama ziyan dəyib.
Sfera.az xəbər verir ki, yenicag.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, obyekt sahibləri etiraz əlaməti olaraq yolu kəsmək istəyiblər.

Döyülənlər olub. Hətta qarşıdurma zamanı bir nəfərin də özündən getdiyi bildirilir. Səlahiyyətli şəxslər sözügedən əməliyyatın təhlükəsizliklə bağlı olduğunu deyirlər.

Hazırda ərazidə təmizləmə işləri aparılır. Köşkləri sökülən 500 nəfərin sabah çörəkpulunu necə qazanacaqları hələ ki, heç kimə məlum deyil.




OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...