Bakıda Hava Limanında QƏRİBƏ OLAY: 16 min dolları sərnişinlərə payladı ki...

Bakıda Hava Limanında QƏRİBƏ OLAY: 16 min dolları sərnişinlərə payladı ki...

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Bakı-Kiyev aviareysilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10.000 ABŞ dollarından başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibindən 264 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26.400 ABŞ dolları aşkar edilib.

Vətəndaş izahatında bildirib ki, 26.400 ABŞ dolları məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10.000 ABŞ dollarından artıq olan 16.400 ABŞ dollarını əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirtməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb.

 

Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10.000 ABŞ dollarından artıq olan 16.400 ABŞ dollarını digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirtməyə cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Birbank-la hər gediş 20% keşbek qazandırır

Ölkənin ilk rəqəmsal bankı Birbank ictimai nəqliyyatdan istifadə edən müştərilər üçün yeni kampaniyaya start verib. Belə ki, “BakıKart”ın QR ödənişl...

"Ermənistan rəhbərliyi COP29-a dəvət edilib" - ŞƏRH

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, noyabr ayında on minlərlə iştirakçı COP29-la bağlı Bakıya səfər edəcək:   ...

Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - ADLAR

Son bir ildə Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq artım qeydə alınıb.   Sfera.az Dövlət Statistika Komitəsinin qiymət müa...

Xəyanəti heç vaxt bağışlamayan 3 BÜRC - ADLAR

Bu bürclər xəyanəti heç vaxt bağışlamır.   Sfera.az həmin bürcləri təqdim edir:   Əqrəb Bu bürcün nümayəndələrinə xəyanət edənin ...

"Leyla Nəcəfquliyeva vəzifəsini yerinə yetirmədiyi üçün işdən çıxarılıb" - AÇIQLAMA

İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın sosial şəbəkələrdə yayılan videosu müzaki...

Diplomatik korpus nümayəndələrinin Kəlbəcərə səfərindən VİDEO

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə...