Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib


Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları İbadov Amal Səxavət oğlu, Məhərrəmli Rizvan Kamil oğlu və İsmayılov Samir Yusif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Bu barədə Sfera.az-a Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

 

"Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər", - məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardımın göstərildi - FOTO

Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq əsasında aztəminatlı şəxslərə ödənişsiz hüquq...

Yekaterinburqda Şahin Şıxlinskinin oğlu məhkəmə qarşısına çıxarılır

Yekaterinburqda Azərbaycan diasporunun tanınmış nümayəndəsi Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılaraq Rusiya İstintaq Komitəsinə aparılıb.  ...

"Qızım atasını 10 ildən sonra görüb" - Lətafət

"Qızım iki ildir ki, atası ilə görüşməyə başlayıb".   Sfera.az xəbər verir ki, bunu teleaparıcı Lətafət Ələkbərova deyib.   &quo...

Epinin saxlanılma səbəbi məlum oldu

EPİ ləqəbi ilə tanınan reper Əkbər Novruzlu saxlanılıb.   Sfera.az lent.az-a istinadla xəbər verir ki, onun saxlanılmasına Bakıda keçirilən tədbirdə ...

Qurbanqulu Berdiməhəmmədovun qızı Bakı Kitab Mərkəzində olub

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyulun 16-d...

Bu şəxslər dərhal quduzluq əleyhinə vaksin vurdurmalıdır

Heyvan dişləməsinə məruz qalan hər bir şəxs, yaşından asılı olmayaraq, dərhal tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə vaksin vurdurmalıdır. &nbs...