Səhiyyə Nazirliyi yeni qanunvericilik təşəbbüsü hazırlayıb

Səhiyyə Nazirliyi yeni qanunvericilik təşəbbüsü hazırlayıb

Səhiyyə Nazirliyi tərəfindən tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlanıb. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar Səhiyyə naziri Teymur Musayev deyib.

 

T.Musayev qeyd edib ki, layihəyə əsasən, həkimlər və tibb işçiləri iki seçimdən birini edə biləcəklər: ya 5 il ərzində hər il 50 kredit olmaqla cəmi 250 kredit toplamaqla davamlı peşəkar inkişaf yolunu seçə, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə bilərlər.

 

Nazir bildirib ki, imtahandan keçməyən tibb işçisi üçün 6 ay müddətinə əmək yeri və vəzifə maaşı saxlanılacaq. Bu müddətdə həmin şəxs diqqətini tam şəkildə təkrar hazırlığa yönəldə biləcək: 

 

“Davamlı peşəkar inkişaf kreditləri tibb işçisinin elmi, tədris və ya praktiki fəaliyyəti ilə toplana biləcək. Həmçinin, iştirak ediləcək tədbirlər və akkreditasiya olunmuş inkişaf proqramları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən müəyyən ediləcək və nazirliyin rəsmi internet səhifəsində açıqlanacaq".

 

T.Musayev nəzərə çatdırıb ki, hazırda bu istiqamətdə iki əsas normativ sənədin – “Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası” və kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam etdirilir.


Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - SADƏ ÜSULLAR

Müasir dövrdə smartfon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün vacib məlumatlar məhz onun yaddaşında saxlanılır. Ancaq bəzən ən gözlənilməz anda yaddaş t...

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

İyunun 18-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.   Sfera.az xəbər verir ki, sertifikatlaşdırma pros...

Sumqayıtda iki qadını avtomobil vurdu, biri öldü

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.   Belə ki, &quo...

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...