"Ölkəmizin iqtisadiyyatı və ekologiyasına nə qədər ziyan vurduğumuzu görəcəyik" - Zahid Oruc

"Ölkəmizin iqtisadiyyatı və ekologiyasına nə qədər ziyan vurduğumuzu görəcəyik" - Zahid Oruc

"İstiliktəchizat qurumunun durumu bizi narahat etməlidir".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

 

Deputat bildirib ki, Xətai rayonunun ərazisində qarşılaşılan çətinliklər onu deməyə əsas verir ki, ölkəmizdə bütün yeni tikintilərdə vahid norma bərqərar edilməlidir:

 

"Hər bina, yaxud çox bloklu yaşayış massivlərinin hamısı məhz qeyd etdiyimiz şəkildə qazanxana sistemini qurmalıdır. Lakin əvəzində bizdə olan məlumata görə, istiilik təchizatı qurumunu hissə-hissə ləğv edirlər. Əgər biz bütün ölkəmizdə yalnız  100 minlərlə kombi quraşdırmaq üçün münbit zəmin hazırlayırıqsa, onda nəniki indi, o cümlədən enerji keçidi və enerji səmərəliliyi ilə bağlı gələcəkdə bərpa olunan enerjinin ev təsərrüfatlarına çatdırılması zamanı qarşımızda utulizasiya ehtiyacı olan 100 minlərlə kombi tullantısını görəndə başa düşəcəyik ki, ölkəmizin iqtisadiyyatı və ekologiyasına nə qədər ziyan vurmuşuq. 

Ümidvarıq ki, Hökumət tərəfindən qarşıdakı dövrün tikinti siyasətində və normalarında müvafiq dəyişikliklərin edilməsində parlamentlə birgə təcili addımlar atacaqdır",- millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - SADƏ ÜSULLAR

Müasir dövrdə smartfon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün vacib məlumatlar məhz onun yaddaşında saxlanılır. Ancaq bəzən ən gözlənilməz anda yaddaş t...

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

İyunun 18-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.   Sfera.az xəbər verir ki, sertifikatlaşdırma pros...

Sumqayıtda iki qadını avtomobil vurdu, biri öldü

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.   Belə ki, &quo...

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...