Nazir Raqif Abbasovun dayısı oğlunu yüksək vəzifəyə təyin etdi

Nazir Raqif Abbasovun dayısı oğlunu yüksək vəzifəyə təyin etdi

Rəşad Əzizov Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, Rəşad Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002 ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, 2003-ci ildən isə Sankt Peterburq Dövlət Universitetndə aspirantura və doktorantura pillələri bititrib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tətqiqat” mövzusuda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb.

 

2022-23 illərdə - Milan Politexnik Universitetində - Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb.

 

2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

 

R.Əzizov son təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Onu da qeyd edək ki, Rəşad Əzizov Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi, "Araz-Naxçıvan" futbol komandasının baş katibi Raqif Abbasovun dayısı oğludur. O, Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun müavini Fikrət Əzizovun oğludur.


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...