Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək
14:02 / 09.12.2024
6409
Bu il dekabrın 22-23-də Azərbaycan Din Xadimlərinin Forumu keçiriləcək.
Sfera.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutacaq tədbir “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusuna həsr olunub.
Vurğulanıb ki, foruma ölkənin müxtəlif bölgələrindən yüzdən çox din xadiminin, müxtəlif icmaların nümayəndələrinin qatılacağı gözlənilir.