Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ölkəmizə daha bir xarici investisiyanın cəlbinə nail olub. Niderland İnkişaf Bankı (FMO) və Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlıq çərçivəsində Azərbaycana 23 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit, həmçinin kiçik və orta bizneslərə təlim-seminarların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və texniki dəstəyin göstərilməsi üçün 60 min ABŞ dolları məbləğində qrant dəstəyi cəlb edilib.

 

Bu, 2024-cü il ərzində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən ölkəmizə cəlb edilən ikinci iri həcmli xarici investisiyadır. Maliyyə dəstəyi, FMO ilə Araz Supermarketlər Şəbəkəsi arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü ilə reallaşdırılan bu layihə FMO-nun ölkəmizdə dəstək verdiyi ilk aqrobiznes layihəsi olmaqla, Azərbaycanın pərakəndə satış və aqrobiznes sektorlarının inkişafına mühüm töhfə verəcək.

 

Layihənin əsas məqsədi yeni logistika anbar kompleksinin tikintisi və mövcud infrastrukturun genişləndirilməsi, yeni mağazaların açılması ilə daha geniş müştəri bazasına yüksək nümunəvi xidmətin göstərilməsi və onları keyfiyyətli məhsullarla təmin edilməsindən ibarətdir.

 

Layihənin həyata keçirilməsi nəticəsində, ölkəmizdə pərakəndə ticarət və aqrobiznes sahələrində yeniliklər tətbiq ediləcək, regionlarda fermerlər üçün yeni imkanlar yaradılacaq. Eləcə də, Azərbaycanın regionlarında fəaliyyət göstərən kiçik və orta fermerlərin məhsullarına bazar çıxışı imkanlarını genişləndirəcək, qadınların işlə təminatı artırılacaq. Eyni zamanda, bu təşəbbüs regionlarda iqtisadi aktivliyin artırılmasına və kənd təsərrüfatı sektorunun inkişafına dəstək olacaq.

 

Fəaliyyətinin 30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, pərakəndə, topdansatış, distribusiya, logistika və istehsalat sahələrində fəaliyyət göstərən, qeyri-neft sektoru üzrə ixtisaslaşmış Azərbaycan şirkətidir. 1997-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət, hazırda dünyanın bir çox tanınmış markalarının 4 mindən artıq çeşiddə məhsulunun Azərbaycanda distribusiyasını həyata keçirir. Hazırda “Veysəloğlu”nun Azərbaycanın bütün regionlarında mağaza, anbarları və istehsal müəssisələri fəaliyyət göstərir. Veysəloğlu Şirkətlər Qrupunun 25 mindən çox əməkdaşı var.


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...