Deputat Ülvi Quliyev növbəti vətəndaş qəbulu keçirdi - FOTO
Cəmiyyət
19:53 / 06.12.2024
5132
Milli Məclisin deputatı Ülvi Quliyev bu gün Yasamal rayon bələdiyyəsinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirdib.
Sfera.az bildirir ki, qəbul zamanı əsasən sosial problemlərin həlli, məşğulluq və idman ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən səsləndirilən bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq aidiyyəti üzrə qurumlarla müraciətlərin ediləcəyi bildirilib.