Qızı Tahir Salahovun nadir ailə fotolarını paylaşdı
Cəmiyyət
18:09 / 30.11.2024
3874
Rəssam və heykəltəraş Aydan Salahova feysbuk sosial şəbəkəsində atası - SSRİ, Azərbaycanın və Rusiyanın xalq artisti Tahir Salahovun ailə arxivindən nadir fotoları paylaşıb.
Sfera.az xəbər verir ki, o, atasının ad günü olduğunu bildirib.
“Bu gün Tahirin ad günüdür! Sizi sevirik və çox darıxırıq!" deyə, A.Salahova bildirib.
Qeyd edək ki, Tahir Salahov 2021-ci il mayın 21-də dünyasını dəyişib.