IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi- Fotolar

IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi- Fotolar

Bu gün Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib. 

 

Sfera.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev fənn müsabiqələrinin keçirilmə məqsədi və nəticələri barədə çıxış edib.

 

İstedadlı gənclərə dəstəyin ölkənin innovativ və intellektual inkişafında mühüm rol oynadığını qeyd edən Fuad Qarayev bu cür müsabiqələrin şagirdlərin yüksək intellektual potensialını dəstəkləmək və onların uğurlarını qeyd etmək məqsədilə təşkil edildiyini bildirib. 

 

Fuad Qarayev bildirib ki, sözügedən müsabiqədə ümumilikdə 43 111 şagird iştirak edib. Onlardan 8 800 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin nəticələrinə əsasən, 307 şagird qalib olub. Onlardan 58 nəfər qızıl, 95 nəfər gümüş, 154 nəfər isə bürünc medalla təltif olunub. Qaliblərin 189 nəfəri oğlan, 118 nəfəri isə qızdır. 

 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin təhsilin inkişafına verdiyi töhfələr, qaliblərin əldə etdiyi uğurların Azərbaycanın gələcəyi üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb, bu cür istedadların üzə çıxarılmasının ölkəmizin gələcək elmi kadr potensialının formalaşması baxımından önəmli rolunu vurğulayıb. 

 

Çıxışının sonunda nazir müavini  bu cür bilik yarışları ilə şagirdlərin yalnız elm deyil, dünyagörüşü qazandıqlarını da bildirərək qalibləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb. 

 

Tədbirdə iştirak edən ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi sədrinin müavini Aynur Sofiyeva bu cür müsabiqələrin şagirdləri gələcəyə stimullaşdırdığını vurğulayaraq bu yarışlarda yalnız qalibiyyətin deyil, iştirakın da əhəmiyyətli olduğunu bildirib. 

 

Daha sonra mükafatlandırma mərasiminə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayıb və şagirdləri təbrik edib. 

 

Sonda müsabiqə qalibləri diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. 

 

Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələri 6 və 7-ci sinif şagirdləri arasında riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə 3 mərhələdə təşkil olunur.

 







OXŞAR XƏBƏRLƏR

Alimlər robotlara düzgün qərarları tez qəbul etməyi öyrədiblər - YENİ KƏŞF

Kaliforniya Texnologiya İnstitutunun alimləri real vaxt rejimində robotların hərəkətini idarə edə bilən Spectral Expansion Tree Search (SETS) alqoritmini işləyi...

Bu milyarderin də "gizli" arvadı tapıldı - Özündən 47 yaş kiçik

80 yaşlı milyarder Larri Ellisonun 33 yaşlı "gizli" arvadının olduğu üzə çıxıb.   Sfera.az xəbər verir ki, bu barədə "Daily Best"...

Məbəddə 70 cəsəd və 600 timsah gizlədib - Polis araşdırma aparır

Tailand polisi ruhanilər arasında məşhur olan məbədə basqın edib. Burada 73 cəsəd, həmçinin 600 timsahın olduğu gölməçə tapıb. Abbat iddia edir ki, cəsədlər rah...

İspaniyada səlahiyyətlilər bir sifarişlə turist şəhərini xəyala çevirdilər - FOTO

İspaniyada hakimiyyət bir fərmanla gözəl kurort ərazisini xəya şəhərinə çevirib. İnsanlar oradan çıxarılıb və geri qayıda bilmirlər, çünki sənəd heç vaxt ləğv o...

Məhəmməd İngiltərədə oğlan uşaqlarına verilən ən məşhur ad olub

Ərəb adı Məhəmməd indi İngiltərə və Uelsdə oğlanlar üçün ən populyar ada çevrilib. Bu ad rəsmi reytinqlərdə Nuh adını geridə qoyub. Milli Statistika İdarəsinin ...

Ətin bahalaşma SƏBƏBLƏRİ - VİDEO

Son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib. Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırda buynuzlu heyva...