Azərbaycanda məşhur səhmdar cəmiyyət ləğv olunur - FOTO

Azərbaycanda məşhur səhmdar cəmiyyət ləğv olunur - FOTO

"Səba" ASC-nin səhmdarlarının oktyabrın 28-i, saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib.

 

Sfera.az xəbər verir ki, yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də "Səba"nın və onun törəmə cəmiyyətləri -"Qarabağ Taxıl" və "Biləsuvar Aqro" MMC-lərin kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə "Qarabağ Taxıl"ın mülkiyyətindəki Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrinin və həmin sahələrdəki "Pivot" tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə məsələlər daxil edilib.

 

Bundan başqa, səhmdarlar əvvəlcədən elan edildiyi kimi aşağıdakı məsələləri də müzakirə edəcəklər:

 

1. "Səba"nın Direktorlar Şurası barədə;

 

2. "Səba"nın tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

 

3. "Chicken Pro."ya məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

 

4. "Chicken Pro."nun nizamnamə kapitalındakı "Səba"ya məxsus payların satılmasına dair əqd barədə;

 

5. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl"ın "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılmasına dair əqd barədə;

 

6. "Qarabağ Taxıl"ın ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

 

7. "Səba"nın əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

 

8. "Səba"nın birgə təsisçiliyi ilə yaradılmış "Biləsuvar Aqro"nun nizamnamə kapitalındakı payların satılması barədə;

 

9. "Səba"nın nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

 

10. "Səba"nın Nizamnaməsinin yeni redaksiyası barədə.

 

Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.


OXŞAR XƏBƏRLƏR

Salyanda güclü külək elektrik dirəyini aşırıb, şəhərin bir sıra küçələri işıqsız qalıb

Güclü külək Salyanda fəsadlar törədib, şəhərin bir sıra küçələri işıqsız qalıb.   Sfera.az "Report”a istinadən xəər verir ki, günorta saat...

3 yaşlı uşağın mədəsindən 101 maqnit kürə çıxartdılar - FOTO

Vladivostokdakı (Rusiya) 1 saylı Regional Uşaq Xəstəxanasının əməkdaşları üç yaşlı uşağın mədəsindən bir-birinə yapışan 101 maqnit kürə çıxarıblar.   ...

Uqandada 14 nəfəri ildırım vuraraq öldürüb

Uqandanın şimalında yerləşən qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vurub.   Sfera.az xəbər verir ki, bu barədə "Associated Press&q...

Bu yolda sürət həddi endirilib

Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   ...

Yunanıstanda güclü zəlzələ oldu

Yunanıstanın Halkidiki yarımadasının sahilində 5,3 maqnitudalı zəlzələ olub.   Sfera.az report-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq ...

Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirildi - FOTO

Bu gün Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə əziz şəhidimiz Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib.   ...