Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür


Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür

Bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 4 il ötür.

 

Sfera.az xəbərinə görə, 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

 

Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

 

Qeyd edək ki, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.

 

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.

 

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Həmçinin, Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də Cəbrayıl rayonunda səfərdə olub.

 

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü kimi qeyd edilir.


OXŞAR XƏBƏRLƏR

ABŞ-dəki yanğın milyon dollarlıq evləri külə çevirdi

ABŞ-nin Kaliforniya ştatında çərşənbə günü başlayan meşə yanğınları sürətlə yayılmaqda davam edir.   Sfera.az bildirir ki, məlumata görə, yanğın kən...

Naxçıvanda Zəfər Gününə həsr olunan konsert TƏŞKİL EDİLDİ

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Gününə həsr olunan konsert təşkil edilib.   Sfera.az xəbər verir ki, konsertdə vətənpər...

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxıldı

Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, hadisə günorta saatlarında rayonun Böyük Dəhnə kəndi...

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert atəşfəşanlıqla davam edib - VİDEO/YENİLƏNDİ

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə keçirilən bayram konserti atəşfəşanlıqla davam etdirilib.   Sfera.az xəbər verir ki, qələbə sevincin...

NATO-nun baş katibi Fransada Makronla görüşəcək

NATO-nun baş katibi Mark Rütte noyabrın 12-də Fransaya səfər edərək, Prezident Emmanuel Makronla görüşəcək.   Sfera.az xəbər verir ki, bu barədə məlu...

Abşeronda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - VİDEO

Zəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd edilib.    Sfera.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə...