Stressdən necə uzaq durmaq olar? - Bunlara DİQQƏT EDİN!

Stressdən necə uzaq durmaq olar? - Bunlara DİQQƏT EDİN!

Özümüzü nə qədər qorusaq da, stressdən uzaq durmaqda çətinlik çəkdiyimiz anlar olur. Bu hal insanların gündəlik həyatına da mənfi təsir göstərir.

 

Bəs stressi necə azaltmaq olar?

 

Sfera.az gündəlik stressi azaltma üsullarını təqdim edir:

 

Əsas səbəblərdən biri, bizim üçün vacib olan əşyamızı itirməyimizdir. Bu səbəbdən ehtiyat açar, USB kimi vəsaitlərin götürülməsi tövsiyə olunandır.

 

Hər hansısa bir işi görərkən kömək almadan özünüz etməyə çalışın. Çünki kömək aldığımız insan yanımızda olmayanda stressə düşür və həyəcanlanırıq. Məhz bu baxımdan bir işi tək görməyi bacarmalıyıq.

 

Büdcəyə qənaət etmək də stress azaldan vasitələrdən biridir. Maaş alan zaman gəlirin 10 faizini kənara qoymaq lazımdır. Beləliklə, insanlar ortaya çıxacaq əlavə xərclər zamanı daha rahat olacaqlar və stressdən azad olacaqlar.

 

Gündəlik həyatda sistemli olmaq lazımdır. Bu, görüləcək işlərin effektiv olmasında böyük rol oynayır.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR