SAKİNLƏRİN NƏZƏRİNƏ: Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

SAKİNLƏRİN NƏZƏRİNƏ: Bir sıra avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Formula-1 üzrə "Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra yolları bağlanacaq.

 

Sfera.az xəbər verir ki, bununla əlaqədar 1 avtobus marşrutunun fəaliyyəti müvəqqəti dayandırılır, 18 avtobus marşrutunun hərəkət sxemi isə dəyişdirilir. Dəyişikliyə əsasən:1 nömrəli avtobus marşrutu (istiqamət: "Neftçilər” m.st.), 46 nömrəli avtobus marşrutu (istiqamət: "Əhmədli” m.st.) və H1 nömrəli avtobus marşrutu (istiqamət: Heydər Əliyev Beynəlxalq Aeroportu) 28 May küçəsi – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

 

2 nömrəli avtobus marşrutu (istiqamət: "Dərnəgül” m.st) Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə;

 

4 nömrəli avtobus marşrutu (istiqamət: "Xətai” m.st.) Azadlıq prospekti – Dilarə Əliyeva küçəsi – Kövkəb Səfərəliyeva küçəsi – Neftçilər prospekti – Yusif Səfərov küçəsi, daha sonra öz hərəkət sxemi üzrə fəaliyyət göstərəcək.

 

5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərəcək. Birinci istiqamət "Nəriman Nərimanov” m.st. – Süleyman Rəhimov küçəsini, ikinci istiqamət 20-ci Sahə dairəsi – Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edəcək.

 

6, 10, 18, 31, 37, 77 və 205 nömrəliavtobus marşrutları (istiqamət: "İçərişəhər” m.st.) Şeyx Şamil küçəsi – Lermontov küçəsi – Bünyad Sərdarov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

 

61 nömrəli avtobus marşrutu (istiqamət: Mərkəzi Bank):Səməd Vurğun küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Rəşid Behbudov küçəsi (son dayanacaq məntəqəsi) üzrə;

 

65 nömrəli avtobus marşrutu (istiqamət: "İçərişəhər” m.st.) Murtuza Muxtarov küçəsi – Əhməd Cavad küçəsi – Azərbaycan prospekti (son dayanacaq məntəqəsi) üzrə;

 

88 nömrəli avtobus marşrutu (istiqamət: "28 May” m.st.) Azadlıq prospekti – Füzuli küçəsi (son dayanacaq məntəqəsi) üzrə fəaliyyət göstərəcək.

 

125 nömrəli avtobus marşrutu (istiqamət: "28 May” m.st.) Lökbatan dairəsi – Bakı Dairəvi yol – Mikayıl Müşfiq küçəsi – Badamdar dairəsi – Mikayıl Müşfiq küçəsi – Abdulla Şaiq küçəsi – Mirzəağa Əliyev küçəsi – Şəmsi Bədəlbəyli küçəsi – Süleyman Rüstəm küçəsini (son dayanacaq məntəqəsi, "28 Mall” t/m) əhatə edəcək.

 

149 nömrəli avtobus marşrutunun (istiqamət: Bakı Funikulyoru) son dayanacaq məntəqəsi Bəhram Gur heykəlinin qarşısı olacaq.

 

E1 nömrəli avtobus marşrutu isə fəaliyyətini müvəqqəti dayandıracaq


OXŞAR XƏBƏRLƏR

1-ci sinif şagirdi nadinc olduğu üçün dərsdən kənarlaşdırılır? - RƏSMİ

Birinci sinif şagirdinin nadinc olduğu üçün məktəbdən kənarlaşdırıldığı iddia olunur.   Şagirdin yaxını Xanım Əhmədli iddia edir ki, paytaxtın Nəsimi...

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda sürət həddi endirildi

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.   Musavat.com xəbər verir ki, bu barədə Nəqliyyatı İntel...

"YouTube"da çoxdan gözlənilən YENİLİK

"YouTube" video platforması öz rəsmi bloquna görə "Shorts" adlandırılan qısa videoçarxlarının maksimum uzunluğunu üç dəqiqəyə qədər artıraca...

Gəncə terrorundan 4 il ötür

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.   Sfera.az xəbə...

Keçmişdən bu günə mövcud olan dəhşətlər

Müasir tibb çiçək, poliomielit, məxmərək, difteriya kimi ən təhlükəli xəstəliklərin bir çoxunu aradan qaldırıb. Ancaq keçmişdən gələn bir çox, o cümlədən vəba k...

Anbarda tapılan və cəmi 50 dollara alınan antik rəsm 200 min dollara satıla bilər

Nyu-Yorkda bir vaxtlar 50 dollara alınan rəsm hərraca göndərilir.   Sfera.az bildirir ki, Kanadalı rəssam Emili Karrın 1912-ci ildəki əsəri olduğu müəy...