Bakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi

Bakıda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi

Bakıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

 

Sfera.az xəbər verir ki, tədbir çərçivəsində tullantı təhvil verərək təbiətə töhfə verən vətəndaşlara müxtəlif növ ekoçanta, kitab, məktəb ləvazimatları, milli parklara bilet və digər hədiyyələr təqdim olunub.

 

Eyni zamanda festivalda maraqlı viktorinalar, müxtəlif müsabiqələr təşkil edilib.

 

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən nazirliyin sektor müdiri Səyyarə Məmmədova söyləyib ki, tullantıların düzgün istifadə olunmaması əsas ekoloji problemlərdəndir:

 

“Bu festivala maraq böyükdür. Məqsəd həm maarifləndirmə, həm də tullantılardan düzgün istifadə ilə bağlı vərdişlərin yaradılmasıdır. Festival çərçivəsində yığılan tullantılar təkrar emala göndəriləcək və ya utilizasiya olunacaq”.

 

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, ictimaiyyəti tullantıların düzgün idarə olunmasına stimullaşdırmaq məqsədilə keçirilib.


OXŞAR XƏBƏRLƏR

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...

İsrail ordusu Beyruta zərbə endirdi

İsrail hərbçiləri Livanın paytaxtı Beyruta zərbə endirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb...

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...