Azərbaycan elminə AĞIR İTKİ -FOTO


Azərbaycan elminə AĞIR İTKİ -FOTO

AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutuna ağır itki üz verib.

 

Sfera.az xəbər verir ki, bu gün İnstitutun Su Mikrobiologiyası Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent, İnstitutun Həmkarlar Təşkilatının sədri Anar Teyyub oğlu Hüseynov qəfil vəfat edib.

 

Anar Hüseynov 1979-cu il iyunun 24-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 1996-2000-ci illərdə BDU-nun biologiya fakültəsinə təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə həmin universitetin "Mikrobiologiya və virusologiya" ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2002-ci ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.


2003-cü ildə BDU-da "Mikrobiologiya" ixtisası üzrə doktoranturaya daxil olaraq, 2006-cı ildə bitirmiş və dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

 

2007-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan alim Anar Hüseynov 2016-cı ildən laboratoriya müdiri və həmçinin AMEA Mikrobiologiya İnstitutunun Həmkarlar Komitəsinin sədri vəzifələrinə seçilərək ömrünün sonuna qədər bu vəzifələri layiqincə yerinə yetirib.

 

Elm xadimi işlədiyi müddət ərzində Xəzər dənizinin və çay sularının, bulaqların mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplamış, suyun və qruntun avtoxton mikrobiotasının tərkibi və yayılması qanunauyğunluqlarını müəyyən edərək, bu sahədə tanınmış mütəxəsis kimi özünü təsdiq etmişdir.

 

A.Hüseynov yerli və xarici nəşrlərdə dərc edilən 100-dən çox elmi məqalə, tezis və konfrans materialların müəllifi olub.


Kadr hazırlığında, institutun ictimai fəaliyyətində səmərəli fəaliyyət göstərib. Təssüf ki, qəfil ölüm onun elmi və ictimai fəaliyyətinə son qoydu.

 

Allah rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR

Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər iki min manat cərimələnəcək

Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətal...

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər CƏRİMƏLƏNƏCƏK

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezi...

Türkiyə ordusu İraqda terrorçuların xeyli silah-sursatını ƏLƏ KEÇİRDİ

Türkiyə Silahlı Qüvvələri İraqın “Pənçə Kilit” bölgəsində axtarış tədbirləri həyata keçirib və terrorçuların xeyli sayda silah-sursatını ələ keçirib...

Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlananlar 2 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda 16 yaşına çatmayanlarla nişanlanan şəxslər 2 min manat cərimələnəcək, həbs olunacaq.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Preziden...

Prezident qohum evlilikləri ilə bağlı qadağanı TƏSDİQLƏDİ

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa təsdiqlənib.   Sfera.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlh...

İlham Əliyev Vyetnam Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama başsağlığı məktubu göndərib.   Sfera.az xəbər verir ki, məktubda deyilir:...