Kiberdələduzluğun qurbanı olmamaq üçün BUNLARI ETMƏYİN! - XƏBƏRDARLIQ!

Kiberdələduzluğun qurbanı olmamaq üçün BUNLARI ETMƏYİN! - XƏBƏRDARLIQ!

Son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunması, süni intellektlə yaxın və tanış adamların səsinin təqlid olunaraq onlardan şəxsi məlumatların əldə olunmasıdır.


Bəzi vətəndaşlar isə bu cür kiberdələduzluqların qurbanı olmağa davam edirlər. Onlar şəxsi məlumatlarını necə qorumalı olduqlarını bilmirlər. 


Bəs insanlar özlərini bu dələduzlardan qorumaq üçün nə etməlidir?


Məsələ ilə bağlı Sfera.az-a informasiya-kommunikasiya təhlükəsizliyi üzrə ekspert Elvin Abbasov bildirib ki, kiberhücumdan qorunmaq üçün bəzi təhlükəsizlik tədbirlərinə əməl etmək vacibdir


“İnsanlar şirin vədlərə, mükafatlara, uduşlara aldanmamalıdırlar. Yalan vədlərə inanan istifadəçinin məlumatları kənar şəxslərin əlinə keçir. Sosial şəbəkələr üzərindən fərdi məlumatların paylaşılması yolverilməzdir. Kiberdələduzlar həmin fərdi məlumatlardan istifadə etməklə vətəndaşa aid hesabları ələ keçirə bilər. Bu həm sosial şəbəkə hesabları, həm də bank hesabları ola bilər. Bəzən də hər hansı xidmət üçün istifadəçinin şəxsiyyət vəsiqəsinin şəkli istənilir. Bununla da məlumatlar naməlum şəxsin əlinə keçir. Bu hallarda kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olunan şifrlər heç bir halda qarşı tərəfə bildirilməməlidir. Bu məsələlərə ciddi yanaşmaq lazımdır". 


Ekspert qeyd edib ki, şifrlər mürəkkəb kombinasiyalardan ibarət olmalıdır:


“Belə olduğu təqdirdə kiberdələduzlar hesabı asanlıqla əldə edə bilmirlər. Sadə şifrlər təhlükəsizlik standartlarına cavab vermir. İki mərhələli doğrulama sistemi də olduqca vacibdir. Bəzən vətəndaşlar pul olmayan kart hesablarını verərək qarşı tərəfin nə edəcəyini gözləyirlər. Onlar arxayındırlar ki, heç nə itirmirlər, çünki kartlarında pul yoxdur. Amma bu, yanlışdır.Həmin kartların rekvizitləri vasitəsilə kiberdələduzlar hesablara daxil ola bilir və digər kartlara giriş imkanı qazanırlar”.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundu

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.  ...

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...

Konfrans Liqası: "Makkabi" - "Sabah" matçının hakimləri açıqlandı

"Sabah"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyin...

COP29 tərəfdaşlıq proqramı təqdim edildi

COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli kiçik və orta biznes nümayəndələri ilə görüşərək COP29 tərəfdaşlıq proqramını təqdim edib.   Bu barədə Sfera...

MN-dəki 143 milyonluq yeyinti: "Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib"

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər üç zabitin məhkəməsi davam edir.   Sfera.a...

Övladını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, ...