"Təcrübəçilər alyansı yaradılsın" - Alixan Baimenovdan TƏKLİF

"Texnologiyanın inkişafı çoxsaylı imkanlar açır".

 

Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda beynəlxalq seminarda Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov deyib.

 


"Köhnəlmiş təcrübələrin zamanında yenilənməsi vacibdir. Şəbəkə platformalar vasitəsilə digər ölkələrlə əməkdaşlıq edilməsi bu sahədə inkişaf üçün mühümdür. Bu gün bizim qovşaq 43 müxtəlif ölkəni birləşdirir. Azərbaycan da təsisçi ölkələr sırasındadır. İnanıram ki, bu cür əməkdaşlıqlar vasitəsilə dövlət qulluğuna namizədlərin seçilməsində inkişafı görə biləcəyik".

 

Sədr sonda təklif edib ki, qlobal miqyasda səriştələrə əsaslanan səyləri daha da gücləndirəcək təcrübəçilər alyansı yaradılsın.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR