Bayram günləri qazla bağlı problemi olanlar nə etsinlər?

Bayram günləri qazla bağlı problemi olanlar nə etsinlər?

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

 

Bildirilib ki, qurum 15-19 iyun tarixlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək.

 

Əsasən, Qəza Xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.

 

Bakı Regional Qaz Satışı Departamentinin inzibati binasında 15-19 iyun, Qaradağ xidmət sahəsində 15-17 iyun, Xəzər rayonunda 18-19 iyun tarixlərində saat 10:00-dan 14:00-dək xidmətlərini icra edəcəklər.

 

Əlavə olaraq qeyd edilib ki, "ASAN Kommunal" mərkəzləri iyunun 18-də tam şəkildə fəaliyyətinə davam edəcək. Abonentlərdən xahiş edilir ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 24/7 fəaliyyət göstərən "104" Çağrı Mərkəzinə zəng edərək və ya (077) 310-41-04 "WhatsApp" nömrəsinə yazaraq məlumat versinlər.


OXŞAR XƏBƏRLƏR

Sabiq direktorla baş mühasib cinayət məsuliyyətinə cəlb olundu

Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasibi Aynaxanım Babayeva cinayət məsuliyyətinə cəlb ediliblər.  ...

Türkiyə hərbçiləri daha 15 terrorçunu öldürdü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.   Sfera.az xəbər verir ki, məlumatı...

Konfrans Liqası: "Makkabi" - "Sabah" matçının hakimləri açıqlandı

"Sabah"ın UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə “Makkabi”yə (İsrail) qarşı keçirəcəyi ilk oyununun hakim təyin...

COP29 tərəfdaşlıq proqramı təqdim edildi

COP29 Azərbaycan Əməliyyat Şirkəti yerli kiçik və orta biznes nümayəndələri ilə görüşərək COP29 tərəfdaşlıq proqramını təqdim edib.   Bu barədə Sfera...

MN-dəki 143 milyonluq yeyinti: "Təkcə bir hərbi hissədə 4 milyon pul mənimsənilib"

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintiyə görə mühakimə olunan general-mayor Nizami Məmmədov və digər üç zabitin məhkəməsi davam edir.   Sfera.a...

Övladını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, ...