Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

İyunun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-55 %, gündüz 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Polisin "saxla" əmrinə tabe olmadı, piyadanı vurdu

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsü polisin “saxla” işarəsinə baxma...

Ərdoğan və Əsəd Moskvada görüşə bilər

Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında 2011-ci ildən bəri ilk görüş Moskvada baş tuta bilər.   Sfera.az xəbər ve...

Qəfil qatar yoluna qaçan uşaq faciəvi şəkildə öldü

22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış a...

ABŞ prezidentliyinə namizəd Kamala Harris kimdir?

ABŞ-ın vitse-prezidenti, 59 yaşlı Kamala Harris 2024-cü il noyabrın 5-nə təyin edilmiş prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb. Sfe...

Xırdalanda yaşayış binasında yanğın- Sakinlərin təxliyə anı + VİDEO

Xırdalanda Həzi Aslanov küçəsində çoxmənzilli yaşayış binasında yanğın baş verib.   FHN-dən Sfera.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğı...

Baş nazirin sədrliyi ilə iclas: Qərar qəbul olundu

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı iclas keçirilib.   Nazirlər Kabinetindən Sfera.az-...