Geyimləriniz sizi xəstə edir? – Bu kimyəvi maddələr…

Geyimləriniz sizi xəstə edir? – Bu kimyəvi maddələr…

Geyimlərimizdə BPA, PFAS və digər təhlükəli maddələr var, lakin biz hələ də onların təsiri haqqında az şey bilirik.

 

Sfera.az xatırladır ki, geyimlərin istehsalında istifadə olunan zərərli maddələrin insan orqanizminə mənfi təsiri ilə bağlı həyəcan siqnalı ilk dəfə 2011-ci ildə çalınıb.

 

Belə ki, Alyaska Hava Yollarının əməkdaşı Meri yeni forma geyinəndən sonra öskürməyə başlayıb. Sonra miqren, ürək döyüntüsü və bulanıq görmə əlamətləri yaşamağa başlayıb. Sözügedən uniforma yüzlərlə əməkdaşda qabarcıq səpkilərə, şişmiş göz qapaqlarında irin və tənəffüs problemlərinə səbəb olmuşdu. Allergik reaksiyalar o qədər şiddətli idi ki, işçilər bir neçə dəfə təyyarədən endirilib və həkim otağına aparılıb.

 

Aparılan araşdırmalar geyimlərdə tributil fosfat, qurğuşun, arsenik, kobalt, sürmə kimi allergik reaksiyalara səbəb olduğu bilinən maddələrdən istifadə olunduğunu aşkarlayıb. Lakin uniforma istehsalçısı Tvin Hill bu qarışıq kimyəvi maddələrin heç birinin təkbaşına müxtəlif reaksiyalara səbəb olmadığını söyləyərək məhkəmədə ittihamlardan boyun qaçırıb. Alyaska Hava Yolları 2013-cü ildə formaların sağlamlıq problemlərinə səbəb olduğunu etiraf etmədən yeni formalar alacağını açıqlamışdı.

 

Lakin 2018-ci ildəki tədqiqat göstərdi ki, formaların tətbiqindən sonra boğaz ağrısı, öskürək, təngnəfəslik, dəri qaşınması, səpgilərlə müşayiət olunan simptomların sayı artıb.

 

Kaliforniyadakı Ətraf Mühitin Sağlamlığı Mərkəzi “Nike”, “Athleta”, “Hanes”, “Champion”, “New Balance” və “Fruit of the Loom” da daxil olmaqla onlarla böyük markanın corab və idman büstqalterlərində hormon pozan kimyəvi BPA-nın yüksək səviyyədə olduğunu aşkar edib .    

 

Kanada Yayım Korporasiyası dəbli “Zaful”, “AliExpress” və “Shein” brendlərindən 38 ədəd uşaq geyimini sınaqdan keçirdikdə onların hər beşdə birində qurğuşun, PFAS və ftalat kimi zəhərli kimyəvi maddələrin yüksək səviyyədə olduğunu qeydə alıblar.

 

Alimlərin geyimlərdə tapdığı bəzi kimyəvi maddələr – tributil fosfat , dimetil fumarat və dispers boyalar kəskin zəhərli və ya təhlükəli ola bilər, dəri reaksiyalarına və ya astmaya səbəb ola bilər. Digərlərinin isə geyimdə istifadəsi xaricində xərçəng, reproduktiv toksiklik, allergiya və dəri həssaslığı ilə əlaqəsi olduğu sübut edilmişdir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...