“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı-2023” ün qalibləri mükafatlandırıldı - FOTO

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı-2023” ün qalibləri mükafatlandırıldı - FOTO

Xəbər verdiyimiz kimi cəmiyyətimizin həyatına dəyər qatan Qırmızı Ürəklər Fondu növbəti “Onu oxut” aksiyasına start vermişdi. “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində həyata keçirilən ianə aksiyasının məqsədi 600 baldan yüksək nəticə göstərərək ali məktəbə daxil olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə dəstək olmaqdır. Aksiya çərçivəsində 30 dan çox tələbə təqaüd üçün müraciət etdi və onlardan 25 nəfəri təqaüd proqramının qalibi oldu.

 

Ötən gün isə fondun rəsmi nümayəndələrinin, tələbələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qaliblərin mükafatlandırma mərasimi keçirildi. Tədbiri çıxış sözü ilə açan Fondun prezidenti Sevda Haqverdiyeva donorlara təşəkkür etdi. “Ötən ilə nisbətən bu il daha çox tələbəyə təqaüd vermək bizim üçün qürurvericidir. Əlbəttə ki, biz bunu xeyirxah insanları ianələri hesabına edirik. Ona görə də bizə dəstək olan hər kəsə xüsusən də 10 nəfər tələbənin təqaüdünü qarşılayan Kapital Bank-a təşəkkür edirəm”.

 

Kapital Bank-ın Marketinq Ekspert Mərkəzinin lideri Günel Mavliyarova isə bildirdi ki, “Kapital Bank olaraq təhsilin cəmiyyət üçün nə qədər həssas və vacib mövzu olduğunun fərqindəyik və buna görə də təhsilə dəstək bizim üçün xüsusi istiqamətdir. İnanırıq ki, gənclərimiz bu dəstəyi dəyərləndirərək, şəxsi inkişaflarına daha çox önəm verəcək, gələcəkdə peşəkar mütəxəssis kimi cəmiyyətimiz, ölkəmiz üçün faydalı işlər görəcəklər”.

 

Xatırladaq ki, “Qırmızı Ürəklər Təhsil Təqaüdü Proqramı” çərçivəsində fond tərəfindən ölkənin müxtəlif ali məktəblərində təhsil alan 25 aztəminatlı tələbəyə hər ay 150 AZN dəyərində təqaüd veriləcək.

 

“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...