“Xalqlar dostluğu”da PROBLEM - 4 dəqiqəlik yubanma oldu
![“Xalqlar dostluğu”da PROBLEM - 4 dəqiqəlik yubanma oldu](https://sfera.az/photo/orginal/2023/11/20/1700462382_451859808_0_54_910_566_1920x0_80_0_0_69eb757c61d9f407451966186218e461.jpg)
10:35 / 20.11.2023
6526
“Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında ikən qapılardan biri ilə bağlı problem yaranıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb.
Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.