ADY: \"Sumqayıt-Bakı qatarında problem yaranıb\"

ADY: \

Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranması səbəbindən qatarda kondisioner işləməyib.

 

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

 

Məlumata görə, hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.

 

Qeyd edilir ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına 5 dəqiqə gecikmə ilə çatıb.


OXŞAR XƏBƏRLƏR