Sülhməramlıların həlak olduğu insidentlə bağlı istintaq aparılır - RƏSMİ

Sülhməramlıların həlak olduğu insidentlə bağlı istintaq aparılır - RƏSMİ

Rusiya sülhməramlılarının həlak olduğu insidentlə bağlı Baş Prokurorluq istintaq aparır.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

 

Məlumatda deyilir ki, sentyabrın 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.

 

Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb.

 

Hər iki faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

 

Bu gün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR

Ötən ay axtarışda olan 387 nəfər sərhəddə saxlanıldı

Noyabr ayında cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 387 nəfər saxlanılaraq aidiyyət...

Prezidentdən Məzahir Pənahovla bağlı FƏRMAN

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinə yeni səlahiyyət verilib.   "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev...

“Fransa Ermənistana "Sezar" artilleriya silahları göndərəcək” - AÇIQLAMA

“Fransa 2024-cü ildə Ermənistana "Sezar" artilleriya silahları göndərmək niyyətindədir”.   Sfera.az bildirir ki, bunu politoloq...

Prezidentdən Çinlə bağlı FƏRMAN

2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administra...

“Netanyahu müharibə cinayətkarıdır” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin 39-cu Nazirlə...

Pərvindən Razinin ərini "prokat" adlandıranlara CAVAB: "Gözlərim doldu" - VİDEO

Qalmaqallı model Razi Əliyeva (Raziyyat) Nicat adlı bəyə ərə gedib.   Sfera.az xəbər verir ki, onların xoş günündə iştirak edən aktrisa Pərvin A...