İctimai fəal Nurlan Libre həbs edildi
18:31 / 21.09.2023
5711
İctimai fəal Nurlan Qəhrəmanlı (Libre) həbs edilib.
Sfera.az- ın məlumatına görə, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə təqsirli bilinib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə N.Qəhrəmanlı 30 sutka inzibati qaydada həbs edilib.