Sabah iki rayonda QAZ OLMAYACAQ

Sabah iki rayonda QAZ OLMAYACAQ

SOCAR-ın “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Daşgil-8” ölçü qovşağının çıxış xəttində aparılacaq təmir işləri ilə bağlı sentyabrın 22-də saat 10:00-dan 14:00-dək “Duvannı” və “Qobustan” QPS-lərdən, “El Metal plus” MMC, “DSU-2”, “2 saylı Yol İstismar İdarəsi” və “Polad Yol YAPI sənaye MMC” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

“Azəriqaz” İstehsalat Bİrliyindən Sfera.az-a verilən məlumata görə, həmçinin Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən “Kristal Bakı” ASC-yə məxsus yaşayış kompleksinin tikinti sahəsindən keçən “Səbail QPS qolu” qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə yeni çəkilmiş magistral qaz kəmərinin bir hissəsinin qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə sentyabrın 22-də saat 09:30-dan təmir işləri başa çatanadək “Səbail” və “Yasamal” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan qəsəbəsinin (tam olaraq) eləcə də Səbail rayonunun Bayıl qəsəbəsinin (tam olaraq) və Badamdar qəsəbəsinin (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. &...

“Baydenin yenidən prezident seçilməsi fəlakət olar” - Senator Lindsi Qrem

“Baydenin yenidən prezident seçilməsi bütün dünya üçün fəlakət olar”.   Sfera.az bildirir ki, bunu amerikalı senator Lindsi Qrem deyib. O...

Sabahın hava proqnozu AÇIQLANDI

Dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bə...

Ərdoğan: “Daha ədalətli dünya üçün çalışmalıyıq”

“Daha ədalətli dünya üçün çalışmalıyıq”.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkila...

Nazir məktəblərdə qızılca ilə bağlı son vəziyyəti AÇIQLADI

"Qızılca ilə əlaqəli aidiyyəti qurumlarla mütəmadi işləyirik. İstəyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin. Təbii ki, əsas məsələ ş...

5 bəndlik həll planı müharibəni dayandıra bilərmi? - ŞƏRH

“Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, nəticə yoxdur. ABŞ dövlət katibi Entoni Blinken İsr...