Bu il hava niyə tez soyudu? - Meteoroloq səbəbi AÇIQLADI

Bu il hava niyə tez soyudu? - Meteoroloq səbəbi AÇIQLADI

Keçən il bu vaxtkı havaya baxanda arada çox fərq görürük. Artıq dağlıq ərazilərə qar da yağıb. Nəzərə alsaq ki, qlobal istiləşmə gedir onda əksinə hava şəraiti daha da isti keçməli deyilmi?

 

Bu il havalar tezmi soyuyur, yoxsa bu hal normaldırmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında meteoroloq Cavidan Əliyev bildirib ki, havaların bu vaxt soyuması normal haldır:

 

“Əvvəlki illərdə bundan aşağı tempraturlar da qeydə alınıb. Bu səbəbdən də havaların bu vaxtı soyuması normal haldır.Okeanda müsbət tempratur anomaliyaları müşahidə olunur. Bu da orada daha çox enerji toplanmasına və buxarlanmaya səbəb olur ki, intensiv kumulonimbus (topa yağış buludlarının yaranması) ilə nəticələnir. Həmin o rütubətli hava kütlələri bütün dünyada müşahidə olunduğu kimi bizim ölkəmizə də daha tez daxil olmağa başlayıb. Lakin yağıntıların intensivliyində artım müşahidə olunur. Son araşdırmalar onu göstərir ki, qlobal istiləşmə ilə bağlı ümumi olaraq bəzi yerlərdə yağıntının miqdarının azalması müşahidə olunsa da, intensivliyi artıb. Qısa zaman ərzində daha çox yağıntıdüşmə halları müşahidə olunur. Bu da əlbəttə ki, sellərə, daşqınlara səbəb olur. Məsələn, 12 saata 50 mm və yaxud daha çox yağıntının müşahidə olunması fəlaklətə səbəb ola bilir. Dünyada elə yerlər var ki, orada 200-500 mm yağıntı qeydə alınıb. Bu çox böyük bir göstəricidir”.

 

Ekspert qeyd edib ki, indiki vaxtda qar yağmasını da normal qarşılaya bilərik:


“Bildiyimiz kimi, Böyük Qafqaz dağları 4000 metrdən çox yüksəkliyə malikdir. Həmin ərazilərdə yayda belə qar yağması mümkündür. Amma biz sentyabr ayında 2000 metrdən də çox yüksəkliklərdə artıq qarın yağmasını müşahidə edirik. Nəzərə alsaq ki, bəzi ekstrimal hallarda iyun ayında belə 2500 hündürlüyündə qar yağması müşahidə olundu, onda bu da normal haldır”.  

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Yeni vakansiya - Pinqvinlər üçün dayələr

Antarktidanın Port Lockroy adasında yerləşən ən uzaq poçt şöbəsində işləmək üçün işçilər axtarılır.   Sfera.az bildirir ki, yeni işçilər pinqvinlərə qu...

Üç illik səyahətə görə evini satıb kruiz gəmisinə bilet aldı - FOTO

ABŞ-ın Florida ştatından olan keçmiş stüardessa Meredith Shay evini sataraq üç illik səyahət üçün (“Life at Sea Cruises”) bilet alıb. Yeddinci mərtə...

Reenkarnasiyaya heç vaxt inanmayanların belə beyninə şübhə salacaq hadisə

Reenkarnasiyaya nə dərəcədə inanırsınız?   Sfera.az sizə bu yazıda reenkarnasiya haqqında əks düşüncəli insanları belə şübhələndirə biləcək çox maraqlı...

115 yaşını qeyd edən qadın pəhriz sirrini açıqlayıb - FOTO

Braziliyalı Helena Pereira dos Santos bu yaxınlarda 115 yaşını qeyd edib.   Sfera.az bildirir ki, qadın uzunömürlüyünün sirrinin lobyadan ibarət pəhriz...

"Toylar kralı"na görə 14 min manat itirdim - Kafedə ifası ilə məşhur olan Babək

Bir neçə gündür ki, sosial şəbəkələrdə paylaşılan şəxsin videosu milyonlarla izləyicinin marağına səbəb olub. Hamı kafedə masa arxasında yemək yeyə-yeyə oxuyan ...

Britni Spirs nadir xəstəlikdən əziyyət çəkir?

Müğənni Britni Spirs aqressiv rəqsləri ilə pərəstişkarlarını qorxutmağa davam edir. Pərəstişkarları onun aqressiv rəqslərinin psixiatrik xəstəlik əlaməti o...