Nigar Süleymanova Xalq artistini hədələdi: \"Məhkəmə qarşısında cavab verəcəksiniz\" + FOTO

Nigar Süleymanova Xalq artistini hədələdi: \

“Adıma dediyiniz sözün nə mənaya gəldiyini və bu söhbəti böyütsək söhbətin haralara gedəcəyini düşündünüz görəsən? Məni kimlərlə qarışdırırsınız? Ermənidən, farsdan betər olub xalqımı satmışam məgər? Və ya vətənimə xəyanət etmişəm? Bəlkə satqınlıq edən zaman sizin yanınızda olmuşam və siz də buna əsasən bu fikirləri səsləndirmisiz?”
 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında müğənni Nigar Süleymanova Xalq artisti Əbdül Mahmudov barədə deyib. İfaçı onu da əlavə edib ki, qalmaqal üçün darıxıb gündəmə gəlmək istəmisiniz yəqin, bunun üçün də ünvan olaraq məni seçmisiz:

 

“Amma bu sözlərinizin cavabını verəcəksiniz. Lazımdırsa burda, lazımdırsa məhkəmədə hakim qarşısında. Siz birinci gedin yaşınıza hörmət edin, sonra nəyəsə rəy bildirərsiniz”.
 

Qeyd edək ki, müğənni Nigar Süleymanovanın “Dəli divanə” klipi barədə iradlarını Bizim.Media-ya bildirərkən Xalq artisti Əbdül Mahmudov belə bir ifadə işlətmişdi:
 

“Belələri bu millətə ermənidən, farsdan daha çox ziyan vurur”. 


Tanınmış rejissorun bu fikirləri ifaçının qəzəbinə səbəb olub. Və redaksiyamıza müraciət edərək öz mövqeyini açıqlayıb. Nigar Süleymanova həmçinin klipdə lezbiyanlığın təbliği məsələsinə də toxunub:


“Orda nə var ki, qız mənim yanağımdan öpür. Bunun lezbiyanlıqla heç bir əlaqəsi yoxdur. Mən lezbiyanlığı təbliğ etməmişəm. Sadəcə o görüntülərin çəkilməsini mən istəmişəm. Bunu məndən kimsə istəməyib”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bəzi şəxslərə pul kompensasiyaları veriləcək

Nazirlər Kabineti "Gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və bird...

Minik və yük avtomobilləri toqquşdu: yaralılar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Kovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətənd...

Dövlət əmlaklarının qiymətləri tənzimlənməyəcək - YENİ QƏRAR

Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmət...

Zakir Həsənov Gürcüstana getdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci ü...

ABŞ 2023-2024-cü illərdə Ukraynaya kasetli döyüş sursatlarının tədarükünə İCAZƏ VERDİ

ABŞ 2023-cü ilin iyulundan 2024-cü ilin aprelinə qədər Kiyevə beş dəfə kasetli sursat tədarükünə icazə verib.   Sfera.az TASS-a istinadən xəbər verir...

Türkiyəli nazir türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə ÇAĞIRDI

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç türk dövlətlərini terrorla mübarizədə həmrəyliyə çağırıb.   Sfera.az “Anadolu”ya istinadən xəbər ve...