Orxan Əsgərovun nəşi nə zaman təhvil veriləcək? – AİLƏSİNDƏN AÇIQLAMA 

Orxan Əsgərovun nəşi nə zaman təhvil veriləcək? – AİLƏSİNDƏN AÇIQLAMA 

"Orxanın cənazəsi hələ gətirilməyib. Bizə konkret vaxtı deməyiblər, xəbər gözləyirik." 
 

Bu sözləri bu gün Tehranda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Orxan Rizvan oğlu Əsgərovun bibisi İlhamə Əsgərova Bizim.Media-ya açıqlamasında bildirib. 
 

İlhamə Əsgərova bildirib ki, bu acı xəbəri eşidən kimi yaşadığı Qubanın Zərdabi qəsəbəsindən Bakıya gəlib. Hazırda Orxanın Yasamaldakı evində olduqlarını deyən İlhamə Əsgərova onun valideynlərinin və bütün qohumların buraya yığışdığını bildirib.  
 


O qeyd edib ki, Orxanın həlak olduğunu eşidəndən həyat yoldaşı Aynurun vəziyyətinin pisləşib:
 

“Təcili yardım gəlib, onun vəziyyətini normallaşdırmağa çalışırlar”. 
 

Şəhid Orxanın bir qızı və bir oğlu var. Qızı Aişə 11-ci, oğlu Ayxan isə 3-cü sinifdə oxuyur.  Məlumat verək ki,Orxan Əsgərovun atası Ruzvan Əsgərov əslən Göyçə mahalının Nərimanlı kəndindəndir. 


OXŞAR XƏBƏRLƏR

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmə...

Polşada məktəblərlə bağlı QƏRAR VERİLDİ: "1-3-cü sinif şagirdləri..."

Polşada ibtidai və orta məktəb şagirdləri üçün məcburi ev tapşırığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk...

İlham Əliyev: "Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq"

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbay...

Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını MÜZAKİRƏ ETDİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Co...

Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizin...

Bakıda mənzildə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziy...