Azərbaycan neftinin bareli 47 dollaradək ucuzlaşdı
Cəmiyyət
09:23 / 07.09.2016
1336
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,54 dollar və yaxud 1,13% ucuzlaşıb.
Sfera.az xəbər verir ki, "AzeriLight” markalı neftin bir barelinin qiyməti 47,37 dollara bərabər olub.
Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.