Azərbaycanda körpələr evindən elə FOTOLAR yayıldı ki... - Uşaqlara verilən yemək...

Azərbaycanda körpələr evindən elə FOTOLAR yayıldı ki... - Uşaqlara verilən yemək...

Azərbaycanda körpələr evindən yayılan fotolar sosial şəbəkə müzakirə obyektinə çevrilib.


Sfera.az bildirir ki, söhbət Şabran şəhər 1 saylı körpələr evindən gedir. Belə ki, təhsil eksperti Kamran Əsədov sözügedən müəssisədə uşaqlara verilən günorta və axşam yeməyini paylaşıb.


 “Bu, hansısa əsir düşərgəsində uşaqlara verilən qida deyil”, deyən ekspert körpələr evini sərt tənqid edib. “Vicdanınız olsun, bəsdir dövlət büdcəsindən oğurladınız. Uşaqlar acından ağlayır. Nə qədər uşaqların yeməyini oğurlamaq olar? Bu yeməyi öz övladlarınıza rəva görərsiniz?”, - deyə K.Əsədov bildirib.

Günay Rəsulqızı

Sfera.az


OXŞAR XƏBƏRLƏR