Heydər Əliyev Mərkəzində \"AFFFAIR Xalçalarda\" adlı sərgi-defile keçiriləcək - FOTO

Heydər Əliyev Mərkəzində \

Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalçaların təqdimatı və xalça motivləri əsasında hazırlanan geyimlərin defiləsi keçiriləcək.


İyunun 3-də Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı “AFFFAIR" markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, “Ovçuluq”, “Pazırıq” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında “Azərxalça” ASC-nin kreativ komandasının ərsəyə gətirdiyi yeni xalçalar və “Sumakh” deyim kolleksiyası nümayiş etdiriləcək.


“AFFFAIR in Carpets” (AFFFAIR Xalçalarda) adlı nümayişdə "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury" kolleksiyasından 50-ə yaxın geyim nümayiş ediləcək. Qeyd edək ki, "Sumakh Haute Couture" bu günədək Paris və Moskvada nümayiş etdirilib. "Sumakh Affordable Luxury"  kolleksiyası isə ilk dəfə məhz Bakıda təqdim olunacaq.

 

Rüfət İsmayılın yaradıcılığı barədə daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. 

 


 


OXŞAR XƏBƏRLƏR