İspandilli jurnalist: “Bütün Nikaraqua xalqı “Qarabağ - Azərbaycandır” deyir” - VİDEO

İspandilli jurnalist: “Bütün Nikaraqua xalqı “Qarabağ - Azərbaycandır” deyir” - VİDEO

Azərbaycanlı politoloq Nikaraquanın Dövlət televiziyasında Azərbaycan və ispandilli ölkələr arasında münasibətlər barədə danışıb.

Bu barədə Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov məlumat verib.

Düşüncə mərkəzinin azərbaycanlı həmsədri, Barselona Dövlət Universitetinin magistr dərəcəsini almış, politoloq Mahir Qurbanovla söhbət zamanı jurnalist Antenor Penya Solano efirdə: “Bütün Nikaraqua xalqı “Qarabağ - Azərbaycandır” deyir”, - fikirlərini səsləndirib.

Azərbaycan və ispandilli ölkələr arasında görülən işlər və gələcəkdə daha sıx əməkdaşlıq üçün bir sıra layihələr barədə danışılıb. 

 

 


OXŞAR XƏBƏRLƏR