26-29 may tarixlərində Bakı nələrə şahid olacaq? - FOTOLAR

26-29 may tarixlərində Bakı nələrə şahid olacaq? - FOTOLAR

26-29 may tarixlərində Bakıda baş tutacaq "Texnofest 2022" ilə bağlı bu gün mediaur təşkil edilib.

 

Sfera.az xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər ərazi ilə tanış olub.

 

Mediatur zamanı Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumların texnikaları nümayiş olunub.

 

Dünyanın ən böyük texnologiya festivalı Türkiyə hüdudlarından kənarda ilk dəfə Azərbaycanda keçiriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, festival çərçivəsində müxtəlif texnologiya festivalları keçiriləcək və onların qalibləri müəyyən olunacaq:

 

"Azərbaycanın və Türkiyənin Müdafiə Nazirliyinin nümayəndələri iştirak edəcək, eləcə də pilotlar avişoular göstərəcək. Su üzərində unikal, məşhur uçan adam şousu, "Flyboard" şousu məhz ilk dəfə bu festival çərçivəsində nümayiş ediləcək".

 

Foto: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR