Qərargah rəisi \"TEKNOFEST Azərbaycan\"da nümayiş etdiriləcək texnikalara baxış keçirdi

Qərargah rəisi \

Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev "TEKNOFEST Azərbaycan" festivalının keçiriləcəyi əraziyə baş çəkib.

 

Sfera.az  xəbər verir ki, o, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin festivalda nümayiş etdiriləcək texnikalarına baxış keçirib.

 

General-polkovnik həmçinin "Bayraktar TB2" və "Akıncı" pilotsuz uçuş aparatlarının yerləşdiyi pavilyonları ziyarət edib.


OXŞAR XƏBƏRLƏR